Neftçalada üç uşaq anası yoxa çıxdı - Gecə evdən çıxıb və qayıtmayıb


Neftçalada üç uşaq anası itkin düşüb.

Yeniavaz.com xəbər verir ki, itkin düşən şəxs 1994-cü il təvəllüdlü Nuranə Elxan qızı Səmədovadır. O, rayonun Kürqarabucaq kənd sakinidir. Nuranə bu ilin yanvar ayının 10-da gecə saat 05:00 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb. Artıq bu barədə rayon polis şöbəsinə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top