Rusiyada üç maşın toqquşub, beş nəfər ölüb

Rusiyanın Tümen vilayətində üç avtomobilin toqquşması nəticəsində beş nəfər ölüb, bir nəfər xəsarət alıb. TASS agentliyinin məlumatına görə, hadisə Tümen-Xantı-Mansiysk yolunda qeydə alınıb. "Şkoda", "VAZ-2105" və "Lada Largus" markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər ölüb, müxtəlif dərəcəli xəsarətlər alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Polisdən bildirilib ki, "Şkoda" ilə toqquşan "VAZ-2105" qarşı yola çıxaraq "Lada Largus"-a çırpılıb. Faktla bağlı araşdırma aparılır.

APA

DİGƏR XƏBƏRLƏR

Top