Zimbabve prezidentinin Azərbaycana səfəri başa çatdı


Zimbabve prezidenti Emmerson Mnanqaqvanın Azərbaycan Respublikasına işgüzar səfəri yanvarın 19-da başa çatıb.

Yeniavaz.com xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mnanqaqvanı hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Ramiz Həsənov və digər rəsmi şəxslər yola salıblar.

DİGƏR XƏBƏRLƏR

Top