ABŞ iranlı jurnalisti azad edəcək


ABŞ-da həbs edilən iranlı qadın jurnalist Mərziyə Haşımi azad ediləcək.

Bazar günü Missuri ştatında saxlanılan Haşımi məhkəmədə şahid qismində iştirak edəcək və daha sonra azad ediləcək. Ona qarşı istintaq prosesinə başlanılmayıb. 

Qeyd edək ki, İranın "Press TV" kanalının jurnalisti olan Haşımi ailəsini ziyarət məqsədilə Missuriyə gəlmiş və orada saxlanılmışdı. Həbs zamanı jurnalistin hicabının zorla çıxarılmaq istənildiyi, saxlanıldığı yerdə halal qidalardan məhrum edildiyi iddia edilirdi. İran xarici işlər nazirliyi Mərziyə Haşıminin həbsi ilə əlaqədar xəbərdarlıq etmiş, beynəlxalq insan haqları təşkilatlarına müraciət ünvanlamışdı.(qaynarinfo)

DİGƏR XƏBƏRLƏR

Top