Bakıda su qiymətinə mobil telefonlar: "Nokia" 5, "Samsung" 6, "BlackBerry" 10 manat


Gələn ay Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakıda təşkil olunacaq hərraca 5-15 manat dəyərində mobil telefonlar çıxarılacaq. Yeniavaz.com Komitədən açıqlanan məlumatlara istinadən bildirir ki, dövlət nəfinə müsadirə edilən mobil telefonlar arasında ən yüksək qiymətə təklif olunan "Samsung GT-C3011" markalı telefonudur. Bu telefonun hərracdakı start qiyməti 15 manat olacaq. Ən ucuz telefon isə hərracdakı start qiyməti 5 manat olan "Nokia 105" markalı telefon olacaq.
Bunlardan başqa 5 manata "Samsung Duas GT-E1202I", 6 manata "Samsunq SM-G130H"  10 manata "BlackBerry 9105" markalı mobil telefonlar da satışa çıxarılacaq.
Dövlət nəfinə müsadirə edilən əşyalar arasında "Acer" markalı noutbuk da var və onun hərracdakı start qiyməti 15 manat olacaq.
Məlumat üçün qeyd edək ki, hərrac fevral ayının 19-u saat 12:00-da Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində (Bakı şəhəri, Nizami rayonu, X.R.Ulutürk küç. 20) keçiriləcək.

 
 

DİGƏR XƏBƏRLƏR

Top