Türkiyədə keçiriləcək seçkilərdə səs verəcək suriyalıların sayı bilindi


Səs vermək haqqı ancaq Türkiyə vətəndaşlığını qazanmış suriyalılar üçün keçərlidir.
Yeniavaz.com “Hürriyet” qəzetinə istinadla xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə keçiriləcək bələdiyyə seçkilərində suriyalıların səs verməsi məsələsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hazırda Türkiyə vətəndaşlığı almış suriyalıların sayı 79 820 nəfərdir: “Yetkinlik yaşına çatmayanları nəzərə almasaq, qarşıdakı seçkilərdə 53 099 suriyalı səs verəcək. Üstəlik bunların arasında 2011-ci il Suriya böjranından əvvəl vətəndaşlıq haqqı əldə etmiş, keçmişdə Türkiyə vətəndaşı olan insanlar da var”.
S.Soylu qeyd edib ki, Türkiyədəki 3 milyon 632 min 622 suriyalı beynəlxalq qoruma statusuna malikdir: “Yəni küçədə gördüyünüz hər suriyalı səs verə bilməz, belə şey mümkün deyil.yd edək ki, Türkiyədə bələdiyyə seçkiləri 2019-cu il martın 31-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top