Ermənistanda yeni nazirlər təyin edildi

Ermənistan Prezidenti Armen Sarkisyan Nikol Paşinyanın başçılıq etdiyi hökumətin əksər nazirlərinin təyin edilməsi haqqında fərmanlar imzalayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə Ermənistan Prezudentinin saytında məlumat verilir.
Fərmanlara əsasən, Zoqrab Mnatsanyan xarici işlər naziri, David Tonoyan müdafiə naziri, Araik Arutyunyan təhsil və elm naziri, Suren Papikyan ərazi idarəetmə və inkişaf naziri, Erik Qriqoryan ekologiya naziri, Artak Zeynalyan ədliyyə naziri, Feliks Tsolakyan fövqəladə hallar naziri, Atom Cancuqazyan maliyyə naziri təyin ediliblər.
Həmçinin, Zarui Batoyan əmək və sosial məsələlər naziri, Akop Arşakyan nəqliyyat naziri, Tiqran Xaçatryan iqtisadi inkişaf naziri, Arsen Torosyan isə səhiyyə naziri təyin edilib.

DİGƏR XƏBƏRLƏR

Top