Mingəçevir Xəstəxanasında nə baş verir? - Ayaqyolu qalmaqalı - FOTOLAR


Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov xəstəxanada bir neçə gündür ki, yaranmış ayaqyolu problemi ilə bağlı Yeniavaz.com saytına açıqlama verib.
Qeyd edək ki, istixəbər.info saytının rəhbəri Sənan Ələkbərov idda edir ki, qohumu İlham Mingəçevir Xəstəxanasında ayaqyoluna gedərkən ondan həyət süpürən qadın pul tələb edib. Bununla bağlı sayt rəhbərinin iştirakı ilə xəstəxanada bu qalmaqala münasibət bildirilib.
S. Ələkbərov deyir ki, son günlər KİV-də ayaqyolunun pullu olub-olmaması ilə bağlı yayılan məlumatla əlaqədar İcbari Tibbi Sığortaya müraciət edib: “Bizdə olan məlumata görə, xəstəxanada ayaqyolu üçün pul tələb edən xanım cəzalandırılıb”.
Lakin Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin direktoru Könül Ələkbərov bu məlumatın yalan olduğunu vurğulayır: “Bildirmək istəyirəm ki, Mingəçevir Xəstəxanasında 168 ayaqyolu var. Bu ayaqyolları xəstəxananın bütün mərtəbələrində, bütün koridorlarında və eləcə də palatalarda fəaliyyət göstərir. Xəstəxananın qış dövründə hansı ki, bir işçisi və digərləri o ayaqyollarına getmir. Ayaqyollarından istifadə edən şəxslər ola bilsin ki, xəstəxanamıza daxil olanlar ola bilər. Hazırda xəstəxana rəhbəri olaraq əminliklə söyləyirəm ki, xəstəxanada heç bir ayaqyolu ödənişli deyil və ola da bilməz.

Mətbuatda gedən yazıdan sonra xəstəxananın həmin ayaqyoluna xidmət edən 5 nəfər işçisi dəvət olunub, rəsmi şəkildə, rəsmi formada hər birinə xəbərdarlıq olunub və bu xəbərdarlıq olunması və işçilərin izahatı agentliyin müvafiq şöbəsinə göndərilib”.
Bu cavabla razılaşmayan müxbir idda edib ki, ayaqyolu pulludur.
Qeyd edək ki, çəkiliş və müsahibələr Mətbuat Şurasına göndəriləcək.
İttiham olunan 5 nəfər işçi də məsələ ilə bağlı münasibətlərini bildiriblər. Onlar sözügedən ittihamı qəbul etməyiblər.
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top