Sərxoş şəxs mərc edib şüşə parçasını uddu - VİDEO


Sərxoş halda mərc edərək şüşə parçası udan 27 yaşlı Bakı sakini əməliyyat edilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “snt.az”-a həkim-qastroenteroloq Xalid Abbasov məlumat bildirib. Onun sözlərinə görə, hadisə 2 gün əvvəl axşam saatlarında baş verib. Hadisədən sonra xəstə yaxınları xəstəxanaya müraciət edib, şüşənin çıxarılması mümkün olmayıb. Bu müddət ərzində zərərçəkən qidalana və danışa bilməyib. Bu gün axşam saatlarında isə əməliyyat olunub. Qida borusunun yuxarı 1/3 hissəsində ciddi şəkildə selikli qişanın defekti var. Lakin deşilmə yoxdur. Hazırda xəstənin vəziyyəti kafidir, qanaxma yoxdu, sadəcə ağrıları var. Qeyd edək ki, əməliyyat nəticəsində çıxan şüşə parçasının eni 2 sm, uzunluğu isə 3 sm-dir.

DİGƏR XƏBƏRLƏR

Top