Yaşayış evlərinin bir kvadrat metrinin tikintisinə nə qədər pul XƏRCLƏNİB?


Ötən il ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17 milyard 238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, sərf edilən vəsaitin 68 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib.
Bu azalma neft sektoruna yatırılan investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 22 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 23 faiz artıb.
Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi (1 milyard 310 milyon manat) isə ümumi sahəsi 2 milyon 84,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Bu isə o deməkdir ki, yaşayış evlərinin hər kvadrat metrinin  tikintisi üçün 628,4 manat sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top