Trampın Kimlə görüşəcəyi vaxt açıqlanıb


ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen İn arasında ikinci sammit keçiriləcək.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ ev məlumat yayıb. Məlumata əsasən görüş fevral ayının sonlarında baş tutacaq.

Şimali Koreya liderinin müavini Kim Yon Çol Vaşinqtona gedib və Ağ evdə müzakirələr aparıb. Görüşün yeri barədə məlumat verilməyib.

 

DİGƏR XƏBƏRLƏR

Top