Lukaşenko: "Biz Rusiyadan pul istəmirik"

Belarus prezidenti Aleksandr Lukaşenko cümə günü bəyan edib ki, respublika Rusiya Federasiyasından pul istəmir, lakin təsərrüfat subyektləri və insanlar üçün eyni şərtlər təkid edir. 

Bu gün Belarus prezidenti Belarus diplomatik xidmətinin 100 illiyi münasibəti ilə görüş keçirib. Görüşdə müxtəlif illərdə quruma rəhbərlik edən şəxslər də olub. Görüş zamanı Rusiyanın neft sahəsində vergi manevrinin həyata keçirilməsi nəticəsində yaranan xərclər üzrə kompensasiyasına gecikməsinə də toxunub.

Lukaşenko qeyd edib ki, Belarus Rusiyadan pul istəmir: " Biz onları (pulları – red) qazana bilərik. Biz balaca, Rusiya isə nəhəng ölkədir. Biz ümumi bazar yaratmışıq. Siz rəqabətdən çəkinirsiniz? Gəlin bu bazarda rəqabət aparaq. Təkərə çubuq soxmayın. İkincisi biz bərabər şərtlər istəyirik. Hanı bu bərabər şərtlər? Biz yalnız bunu istəyirik. Onların prinsiplərincə rəqabət. Onlar bazarda daha da irəliləyiblər. Təsərrüfatlar və insanlar üçün bərabər şərtlər". (sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top