Dünyaca məşhur mükafatlandırılma mərasimi Azərbaycanda keçiriləcək - FOTO


Dünyaca məşhur mükafatlandırılma mərasimlərindən biri olan, «Golden Palm Awards»da Azərbaycanın iştirakı asanlaşıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə Trend-ə təşkilatçı Aqil Məmiyev deyib.

O, yanvar ayının 4-dən Azərbaycanda beynəlxalq mükaftlandırılma mərasiminin rəsmi təmsilçisdir. Bundan sonra Azərbaycanın uğurlu incəsənət nümayəndələri, ictimai və biznes sektorun nümayəndələri beynəlxalq mükafata asanlıqla namizədliyini irəli sürə bilər. Aqil Məmiyev qeyd edib ki, Qızıl Palma Mükafatlarının tezliklə ölkəmizdə də keçrilməsi planlaşdırılır.

6-cı «Golden Palm Awards» mükafatları martın 25-də Türkiyənin İstanbul şəhərində "Raffles İstanbul" hotelində keçriləcək. Gecənin ulduz qonaqları arasında Türkiyə ulduzları ilə yanaşı Avropa ulduzlarından Aksent və Aleksanda Standa mükafatçılar arasındadır. Keçən il isə bu mükafata Faydee ve Kate Linn kimi ulduzlar sahib olub.

Qeyd edək ki, beynəlxalq layihə hazırda Amerika Birləşmiş Ştatları, Meksika, Fransa, Türkiyə və s ölkələrdə keçirilir. Mötəbər tədbirin qurucusu və idarə heyətinin sədri, tanınmış jurnalist Nedim Delibaşdır.

DİGƏR XƏBƏRLƏR

Top