Tramp bu şəxslərin təyyarə ilə uçmasını qadağan etdi

 
ABŞ Prezidenti Donald Trampın Administrasiyası Konqres üzvlərinə hökumətə məxsus və ya Ağ evin müvafiq yazılı icazə olmadan hökuməti faxt edilmiş təyyarələrdə səfər etməyi “şatdaun” dövründəqadağan edib. Yeniavaz.com RBK-ya istinadla xəbər verir ki, bu barədə Ağ evin İnzibati-büdcə idarəsinin buraxdığı memorandumda deyilir.
 
Sənəd ABŞ-ın icra hakimiyyəti orqanlarının başçılarına ünvanlanıb. Memorandum Nümayəndələr palatasının spikeri, Demokrat Partiyasının üzvü Nensi Pelosinin ətrafında baş vermiş münaqişədən sonra qəbul olunub. Belə ki, xanım Pelosi hərbi təyyarədə Əfqanıstana uçmağa hazırlaşıb. Lakin D. Tramp onun uçuşundan bir neçə saat əvvəl N. Pelosiyə bunu qadağan edib və qərarını maliyyənin olmaması ilə əsaslandırıb. Prezident ona kommersiya reysi ilə məzuniyyətə yollanmağı təklif edib. N. Pelosi bu təklifi rədd edərək səfərini ləğv edib.
 
Xatırladaq ki, ABŞ-da “şatdaun” (maliyyələşdirmənin olmadığına görə hökumətin işinin qismən dayanması) 2018-ci il dekabrın 22-dən bəri davam edir və davamlılığına görə artıq rekord müəyyənləşdirib. Buna səbəb Meksika ilə sərhəddə divarın tikintisinin maliyyələşdirilməsi üzrə fikir ayrılığının olmasıdır. Prezident və Konqres bu məsələ ilə bağlı razılığa gələ bilmir.

DİGƏR XƏBƏRLƏR

Top