Parisdə milyon nəfər etiraz edəcək - "Sarı jiletlilərdən" xəbərdarlıq

 
Fransanın “sarı jiletlilər” hərəkatı şənbə günü Parisdə növbəti iri miqyaslı aksiya keçirməyi planlaşdırır. Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, təşkilatçılar aksiyada milyona yaxın adamın iştirak edəcəyini gözləyirlər.
 
Etirazçılar Əlillər evi yaxınlığındakı meydanda toplaşmaq, ardından isə paytaxtın küçələri üzrə yürüşə çıxmaq niyyətindədirlər. Nümayişə “Hərəkət 10: Milyon Parisdə” adı verilib. Bu, şənbə günü Parisdə yeganə aksiya olmayacaq. O cümlədən, Bastiliya meydanında etirazlar planlaşdırılır. Nümayişlər, həmçinin Tuluza, Bordo, Ruan. Lill və Marsel şəhərlərində keçiriləcək.
 
Xatırladaq ki, “sarı jiletlilər” 2018-ci ilin noyabrından başlayaraq hər şənbə etiraz aksiyası keçirirlər. Qarşıdakı şənbə günü nəzərdə tutulmuş aksiya sayca onuncu olacaq. İştirakçıların məqsədi hökumətin siyasətinə qarşı narazılığı ifadə etməkdir. Onların fikrincə, hökumət sıravi vətəndaşların maddi problemlərini həll etməyə çalışmır.

DİGƏR XƏBƏRLƏR

Top