"Facebook" Mirşahinin televiziyasının səhifəsini bağladı


"Facebook" şirkəti Rusiyanın sosial şəbəkədə təxribat fəaliyyəti həyata keçirmək üçün istifadə etdiyi onlarla şəxsi hesab və səhifəni bağlayıb. AzEuroNews.com xəbər verir ki, bağlanan səhifələr arasında Rusiyanın "Sputnik" informasiya agentliyinin Azərbaycan bölməsi olan "Sputnik Azərbaycan" da var. 
Məlumat üçün qeyd edək ki, "Facebook" tərəfindən bağlanan səhifələr arasında Mirşahin Ağayevin rəhbərlik etdiyi "Real TV"yə məxsus "tvreal.az" səhifəsi də var. İddia olunur ki, bu səhifə də Putin siyasətinin təbliği adı ilə bağlanılıb. Lakin, sosial şəbəkələrdə yayılan məlumata görə, "Real TV"nin "Facebook" səhifəsi müəllif hüquqlarını pozduğu üçün müvəqqəti bağlanıb. Məsələ ilə bağlı ​"Real TV"dən rəsmi açıqlama verilməyib.

DİGƏR XƏBƏRLƏR

Top