"Ərdoğan 6 ay sonra boşanacaqsan dedi, elə də oldu"


Aktyor Yalçın Dümər qatıldığı verilişdə prezident Rəcəb Tayyib Ərdoğanla bağlı maraqlı xatirəsini bölüşüb.

Esra Balamirlə illər əvvəl nikah masasına əyləşən aktyorun şahidi Ərdoğan olub: “Biz Esra Balamirlə Qalatasaray adasında evlənmişdik. Cənab prezidentimiz onda icra başçısı idi. Nikahımızı bağladı, təşəkkür etmək üçün ona yaxınlaşdım. Mənə “bu evlilik 6 ay davam edəcək” dedi. Elə də oldu. 6 ay sonra boşandıq. Sonra Ərdoğanla birlikdə matça getdik. Mənə “Gördün, necə bildim?” dedi”.


(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top