Robert Köçəryanın həbs müddəti iki ay uzadıldı

Yerevanın birinci instansiya məhkəməsi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın həbs müddətini daha iki ay uzadıb və onu girov müqabilində azad etməkdən imtina edib. Bunu məhkəmə iclasında iştirak edən prokuror Vaahn Muradyan bildirib.

“Məhkəmə prokurorluğun vəsatətini təmin edərək, Köçəryanın həbs müddətini uzadıb və vəkillərin vəsatətini rədd edib”, - Muradyan jurnalistlərə deyib.

Xatırladaq ki, 2018-ci ilin iyul ayının 26-da Xüsusi istintaq xidməti Köçəryanı 2008-ci ilin 1 mart tarixində etiraz aksiyasının dağıdılması ilə bağlı cinayət işi üzrə konstitusiya quruluşunun devrilməsində ittiham edib. O, iki ay müddətinə həbs edilmişdi. Köçəryanın müdafiəsi apellyasiya şikayəti vermiş və məhkəmə birinci instansiya məhkəmənin qərarını ləğv etmiş, bunu keçmiş prezidentin toxunulmazlığı ilə izah etmişdi. Dekabrda Köçəryan bir daha həbs edildi. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top