300 polisin iştirak etdiyi “Əl-Qaidə” əməliyyatında bütün şübhəlilər buraxıldı


Türkiyədə ilk dəfə “Əl-Qaidə” terror təşkilatının Suriyadakı strukturu kimi fəaliyyət göstərən “Heyət Təhrir Şam” terror təşkilatına yeni üzvlər cəlb edən və logistik dəstək verən qrupa qarşı əməliyyat keçirilib. Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, əməliyyatı Adana Təhlükəsizlik İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları aparıb. Əməliyyat çərçivəsində 13 şübhəli saxlanılıb. Lakin saxlanılanlar 4 gün dindirildikdən sonra 2-si polis nəzarətində olmaq, 11-i isə həbs edilmədən mühakimə edilmək şərti ilə azadlığa buraxılıb.Yanvarın 13-də keçirilmiş əməliyyatda 300 polis iştirak edib. Adana, Ankara və İstanbulda 18 ünvanda axtarış aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top