Bakıda su qızdırıcısı və kombi aparatları oğurlanıb.
Yeniavaz.com bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir. Verilən məlumata görə, Qaradağ RPİ 10-cu Polis Bölməsinə Lökbatan qəsəbəsi ərazisində 6 həyətyanı sahədən su qızdırıcısı və kombi aparatlarının oğurlanması barədə müraciətlər daxil olub. Müraciətlərlə əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb və qısa müddətdə oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb. Onların Lökbatan qəsəbə sakinləri Xəqani Cahangirov və Elnur Hüseynov olduqları müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.