Xilasedicilər qəzaya uğrayan Su-34 bombardmançı təyyarəsinin hər iki pilotunu Yapon dənizində aşkarlayıblar.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, pilotların vəziyyəti qənaətbəxşdir. Bildirilir ki, xilasetmə əməliyyatı əlverişsiz hava şəraitində aparılır, belə ki, küləyin sürəti saniyədə 25 metrə çatır, havanın temperaturu mənfi 7-11 dərəcə təşkil edir, dalğaların hündürlüyü isə 4 metrə çatır.
Xatırladaq ki, iki Su-34 bombardmançı təyyarə Yapon dənizi akvatoriyası üzərində təlim-məşq uçuşu zamanı havada toqquşub. Təyyarələrdən biri dənizə düşüb, ikincisi isə sıradan çıxmış bir mühərriklə eniş edə bilib. İlkin məlumata görə, qəzaya səbəb idarəetmədə buraxılan səhv olub.