Ana böyrəyini qızına bağışladı - BAKIDA


Ana qızının xilası naminə böyrəyini bağışlayıb. Respublika Müalicəvi Diaqnostika Mərkəzindən (RMDM) verilən məlumata görə, böyrəkköçürmə əməliyyatı 28 yaşlı qadın pasiyent üzərində  Mərkəzinin “Böyrək xəstəlikləri və transplantologiya” şöbəsinin müdiri, cərrah-uroloq, transplantoloq, t.ü.f.d. Rəşad Şolanın rəhbərliyi ilə həyata keçirilib.

Cərrahın sözlərinə görə, xəstənin donoru – anası bütün tibbi göstəricilərə görə marginal (standartlara uyğun olmayan) donor olub:

“Klinikamızın həkim-mütəxəssis komandası – cərrah-uroloq, nefroloqların birgə əməyi sayəsində əməliyyat uğurla keçdi. Pasiyent və donor tamamilə yaxşı vəziyyətdə evə yazıldılar”. (modern.az)

DİGƏR XƏBƏRLƏR

Top