DİN-in bu hüquqları əlindən alındı


Azərbaycanda fəaliyyət göstərən bir sıra dövlət qurumlarının səlahiyyətləri məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin dünən imzaladığı fərmanda deyilir. Fərmanda bildirilir ki, Bakı şəhərində, habelə “ASAN xidmət” mərkəzlərinin yerləşdiyi Azərbaycan Respublikasının digər inzibati ərazi vahidlərində “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanının 5-ci hissəsində nəzərdə tutulan dövlət xidmətləri yalnız “ASAN xidmət” mərkəzlərində həyata keçirilsin.
Səlahiyyəti əlindən alınan əsas qurumlardan biri də Daxili İşlər Nazirliyidir. Belə ki, DİN əvvəllər şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi xidmətlərini həyata keçirirdi. Bundan sonra isə bu xidmətlər Bakı şəhərində və Azərbaycanın inzibati ərazi vahidlərində fəaliyyət göstərən “Asan Xidmət” mərkəzlərində əhaliyə təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top