
İŞİD terror təşkilatı Rusiyanın Maqnitoqorsk şəhərində yaşayış binasında və marşrut taksisində baş vermiş partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, terrorçular uzun müddət səssiz qalmalarını onunla izah ediblər ki, partlayışı törədənlərin təhlükəsiziyindən ehtiyat ediblər. Rusiyanın İstintaq omitəsi terror təşkilatlarının məlumatlarına inanmağa çağırıb: “Baş vermiş hadisənin səbəbləri barədə yalnız kompleks istintaq tədbirlərini keçirəndən və dəqiq təhlildən sonra məlumat vermək olar”.
Xatırladaq ki, dekabrın 31-də yaşayış binasında baş vermiş partlayışda 39 nəfər həlak olub. Yanvarın 1-də isə marşrut taksisinin yanması nəticəsində 3 nəfər həlak olub.