BMT-nin baş katibi XİN başçılarının Paris razılaşmasını dəstəkləyib

BMT-nin baş katibi Antonio Quterreş ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında yanvarın 16-sı Parisdə keçirilən görüşü müsbət qiymətləndirib. 

Yeniavaz.com xəbər verir ki, bu barədə BMT-nin baş katibinin bəyanatında deyilir.

"Baş katib uzun müddət davam edən Dağlıq Qarabağ münaqişəsinin qarşılıqlı razılaşma və sülh yolu ilə həll edilməsi üçün tərəflərin davamlı öhdəliyini yüksək qiymətləndirir və əhalinin sülhə hazırlanmasına dair konkret tədbirlərin görülməsinin zəruriliyi barədə nazirlərin razılaşmasını alqışlayır.

Baş katib, Birləşmiş Millətlər Təşkilatının ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha vurğulayıb", - bəyanatında deyilir.

DİGƏR XƏBƏRLƏR

Top