UEFA klubların maliyyə vəziyyəti haqqında məlumat dərc edib.
Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, UEFA 2017-ci ilin göstəricilərini açıqlayıb. Məlumata əsasən, gəlirlərlər üzrə lider “Mançester Yunayted” klubu olub. İngiltərə təmsilçisi il ərzində 676 milyon avro qazanıb. Bu göstərici üzrə ikinci yeri “Real” Madrid tutub. İlk üçlüyü isə “Bavariya” klubu tamamlayır.