Səhiyyə Nazirliyindən kəskin havada xəsarət alanlarla bağlı AÇIQLAMA


Azərbaycanda ötən gün hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar təcili tibbi yardıma 5 müraciət daxil olub.

Yeniavaz.com xəbər verir ki, bunu “Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildiriblər. Müraciət edənlərin dördünə yerindəcə yardım göstərilərək evə buraxılıb. Nazirlikdən qeyd olunub ki, xəstəxanada yalnız bir nəfərin müalicəsi davam edir: “Həmin şəxs bud sümüyünün sınığı diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilib. Onun həyatı təhlükəsi yoxdur”. Xatırladaq ki, ötən gün güclü külək nəticəsində “Binə” Ticarət Mərkəzində reklam lövhəsi yerindən qoparaq yaxınlıqdan keçən kişinin üstünə aşıb.

DİGƏR XƏBƏRLƏR

Top