Dalğıclar ən böyük yırtıcı ilə üz-üzə - FOTOLAR + VİDEO


ABŞ-lı dalğıc qrupu bu vaxta qədər qeydə alınan ən böyük ağ akula ilə birgə üzüb və şəkillərini çəkib. 
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Havay adaları yaxınlığında dalış həyata keçirən dalğıclar ağ akulaya toxunacaq qədər yaxınlaşıblar. 6 metr uzunluğunda və 2,5 ton ağırlığında olduğu ehtimal olunan akulanın, 20 il bundan qabaq tədqiqatçılar tərəfindən işarələnən və “Deep Blue” (Dərin Mavi) adı verilən akula olduğu deyilir. Ağ akulanın 50 yaşında olduğu ehtimal olunur. Dərin Mavinin əraziyə ölü bir balinanın qoxusunu alaraq gəldiyi müşahidə olunub. Dalğıclardan Oşen Ramzi dalış səbəblərinin də elə akulaların gündəlik fəaliyyətlərini müşahidə etmək olduğunu bildirib. Ramzi akulanın qəribə şəkildə iri olduğunu və hamilə olabiləcəyini bildirib.


DİGƏR XƏBƏRLƏR

Top