Yanvarın 18-dən sonra hava şəraitinin mülayimləşəcəyi gözlənilir


Yanvarın 18-dən 19-na keçən gecə hava bir qədər ayaz olacaq. Bu səbəbdən dağlıq ərazilərdə yağıntılar kəsilsə də, havanın hərarəti daha da enəcək. Yanvarın 18-dən sonra növbəti iki-üç gün ərzində ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi və mülayimləşəcəyi gözlənilir.

Yeniavaz.com AZƏRTAC istinadən xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva məlumat verib. O bildirib ki, yanvarın 19-21-də havanın hərarəti tədricən iqlim normasına yaxınlaşacaq və mülayim küləklər əsəcək.

DİGƏR XƏBƏRLƏR

Top