Xəzər dənizində dalğanın hündürlüyü 10 metr olub YENİLƏNİB

17 yanvar saat 23:00-a olan məlumata əsasən Pirallahıda 43 m/s, Maştağada 39 m/s, Bakıda 36 m/s, Sumqayitda 35 m/s, Günəşli yatağında 32 m/s, Şahdənizdə 31 m/s, Qum adasında 30 m/s təşkil edir.

Yeniavaz.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın hündürlüyü Günəşli yatağında 10 metr, Şahdənizdə 6,6 olub.

21.00
Bu gün saat 21:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti 26-31 m/s təşkil edir. 

Yeniavaz.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahın operativ məlumatında deyilir.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 9,3 metr olub. Hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 1-2 dərəcə isti, dağlıq rayonlarda 2-4 dərəcə şaxta təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top