İndoneziyada timsah qadını parçalayıb yedi - FOTO


İndoneziyada bir fermada qanunsuz saxlanan timsah hovuza düşən qadını parçalayıb. Yeniavaz.com BBC-ə istinadən xəbər verir ki, Sulavesi adasındakı mirvari fermasında qanunsuz olaraq saxlanan timsah yaşadığı gölə düşən qadının bir qolunu və bədəninin bir hissəsini yeyib.
Fermanın labaratoriya müdürü Dizi Tuvo adlı 44 yaşlı qadın hadisə nəticəsində dünyasını dəyişib. Hadisədən sonra timsah yatırılaraq yırtıcı heyvanın qanuni olaraq saxlanıldığı yerə köçürülüb.
Tuvonun, Meri adlı 4,4 metr uzunluğunda və 700 kiloluq timsaha yemək verməyə çalışarkən gölə düşdüyü məlum olub.
Qadının cəsədi bir gün sonra fermanın işçiləri tərəfindən tapılıb.
Polislər qadının bədənin bəzi hissələrinin hələ də timsahın mədəsində olduğunu açıqlayıblar. Bildirilib ki, timsahın və fermanın sahibi yaponiyalı biznesmen axtarışdadır.

DİGƏR XƏBƏRLƏR

Top