"Qarabağ münaqişəsinin həllində real addımlar atılacağına ümid edirik"


Azərbaycan ümid edir ki, bu il Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə real addımlar atılacaq. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi uzun illərdir substantiv danışıqların aparılmasının zəruriliyini daim xatırladır: “Aydındır ki, mövcud status-kvo qəbuledilməzdir və münaqişə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi əsasında nizamlanmalıdır. Ümid edirik ki, bütün regionun iqtisadi inkişafına mane olan bu köhnə münaqişənin ədalətli həlli üçün cari il nəhayət real addımlar atılacaq”.

P. Bülbüloğlu diqqətə çatdırıb ki, söhbət Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən deyil, Dağlıq Qarabağın və ona bitişik ərazilərin işğalı, Azərbaycan millətindən olan şəxslərin öz əzəli Azərbaycan şəhər və kəndlərindən qovulması nəticəsində yaranmış silahlı münaqişədən gedir: “Münaqişənin tezliklə tənzimlənməsi bütün regionun, nəqliyyat arteriyalarının davamlı inkişafına, turizmin daha da böyük inkişafına xidmət edəcək”. 

DİGƏR XƏBƏRLƏR

Top