Atatürk beynəlxalq aeroportundan bütün kommersiya reyslərinin yeni İstanbul hava limanına köçürülməsinin dəqiq tarixi məlum olub. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu, martın 3-də baş verəcək. Məhz həmin gün daha əvvəl Atatürk aeroportunda xidmət göstərilən bütün daxili və xarici reysləri yeni hava limanı qəbul edəcək. Yeni aeroport İstanbulun mərkəzindən 40 kilometr şimal-qərbdə, Qara dəniz sahilin yaxınlığında yerləşir. Dünyada ən böyük hava qovşaqlarından biri ola biləcək İstanbul aeroportunda ilkin mərhələdə sərnişin axını ildə təqribən 90 milyon nəfər təşkil etməlidir, 10 il ərzində isə 200 milyonadək artmalıdır. Aeroport bütün dünya üzrə 350 istiqamət üzrə reysləri həyata keçirməyi planlaşdırır. Ötən il 68 milyon adam qəbul etmiş Atatürk aeroportu isə digər məqsədlər üçün istifadə ediləcək: yükdaşımaları, texniki xidmət üçün anqarlar, təlim tədbirləri, aviasiya yarmarkaları.
Atatürk aeroportunun fəaliyyəti bu tarixdə dayanacaq