Prezidentdən Cəlil Məmmədquluzadə ilə bağlı vacib - SƏRƏNCAM


2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

Yeniavaz.com xəbər verir ki, prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illiyinin qeyd olunması məqsədilə sərəncam imzalayıb.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə dair tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top