13 yaşında öz şirkətini quran qadın milyonçu oldu


Şotlandiyanın Qlasqov şəhərinin sakini Liv Konlon 13 yaşında ikən ilk şirkətini qurub. Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, indi isə öz anası və qardaşını işə götrən Liv dəyəri milyon dollarlarla ölçülən şirkətin sahibidir. Uşaq ikən yaşıdları tərəfindən zorakılığa məruz qalan Liv Konlonun hələ uşaq ikən dilə gətirdiyi ideyalar müəllimləri tərəfindən “axmaqlıq” kimi qiymətləndirilir. Bütün bunlara baxmayaraq 13 yaşında Çindən aldığı malları internet vasitəsilə satışa çıxaran Liv, 5 min sterlinq qazanıb. Zorakılıqdan təngə gələn Liv Konlon 16 yaşında orta məktəbi tərk edir və iş həyatına qoşulur. Gənc qız 19 yaşında istifadəsiz evlərin yenilənməsi işinə görür və “The Property Stagers” adlı şirkət yaradır.
İlk ilində 30 min sterlinq qazanan Liv, ikinci il 1 milyon sterlinq gəlirlə Şotlandiyanın ən uğurlu gənc iş adamlarının siyahısına adını yazdırıb.

DİGƏR XƏBƏRLƏR

Top