Yəməndə 79 nəfər “donuz qripi”ndən öldü


Yəməndə ötən ilin sonundan bəri azı 79 nəfər “donuz qripi”ndən ölüb. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi deyib. Onun sözlərinə görə, son 2 ayda daha 372 nəfər bu qripə yoluxub. BMT-nin humanitar məsələlər üzrə koordinatoru Mark Loukokdaha əvvəl bildirmişdi ki, dünyada aclıqdan ən çox əziyyət çəkən Yəməndə humanitar vəziyyət pisləşir, yardıma ehtiyacı olan insanların sayı 20 milyona çatır, bu da ölkə əhalisinin 70 faizini təşkil edir. Yəməndə hökumət və üsyançı husilər arasında  hərbi-siyasi münaqişə 2014-cü ildən bəri davam edir. 

DİGƏR XƏBƏRLƏR

Top