İtaliyada evlər 1 avroya satışa çıxarıldı


İtaliyanın Sambuka-di-Siciliya bələdiyyəsinin rəhbərliyi qeyri-adi aksiyaya start veriblər. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, yerli hakimiyyət evləri rəmzi olaraq 1 avroya satır.

Təşəbbüsün məqsədi şəhərə yeni sakinlər cəlb etmək və onun görkəmini yaxşılaşdırmaqdır. Aksiya çərçivəsində onlarla tarixi obyekt satışa çıxarılıb. Qaydalara əsasən, alıcılar evləri üç il ərzində təmir etməli və bu işlərə azı 15 min avro xərcləməlidirlər. Bundan başqa, onlar şəhər xəzinəsinə 5 min avro məbləğində depozit qoyurlar. Bu məbləğ təmir işləri başa çatdıqdan sonra qaytrarılacaq.

Sambuka merinin müavini Cüzeppe Kaçioppo bildirib ki, təbliğat məqsədi ilə bunu edən digər şəhərlərdən fərqli olaraq yerli administrasiya həqiqətən də 1 avroya  bütün bu evlərə sahibdir. Aksiyaya daxil edilmiş 10-a yaxın obyekt artıq satılıb. Əsasən İsveçrə, Fransa və İspaniyadan alıcılar müraciət edirlər. Sifarişlər [email protected] elektron ünvanı üzrə qəbul edilir.

DİGƏR XƏBƏRLƏR

Top