Bakı Nəqliyyat Agentliyində yeni təyinat


Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub. BNA-nın İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib.

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a açıqlama verən qurumun mətbuat katibi Mais Ağayev faktı təsdiqləyib.

Qeyd edək ki, Rəvanə Əliyeva bu təyinatadək BNA-nın İctimiayyətlə əlaqələr sektorunda baş məsləhətçi vəzifəsində çalışıb. 
Daha əvvəl isə Binəqədi Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı olub.

DİGƏR XƏBƏRLƏR

Top