Putinə “ovçarka” hədiyyə ediləcək


Serbiya Prezidenti Aleksandr Vuçiç rusiyalı həmkarı Vladimir Putinə qeyri-adi hədiyyə hazırlayıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə A. Vuçiçin administrasiyasından deyiblər. Belə ki, V. Putinin Belqrada səfəri zamanı Serbiya lideri ona yuqoslav (şarpalin) çoban itinin balasını hədiyyə edəcək. Qeyd edilir ki, Prezident A. Vuçiç ilk dəfə Rusiya liderinə it hədiyyə edəcək. Şarplan çoban iti Balkan yarımadasında peyda olmuş it cinsidir. Dağlarda qoyun sürüsünü qorumaq üçün istifadə edilir.

DİGƏR XƏBƏRLƏR

Top