Yeni ayaqqabı ölçüsü - ayağa uyğunlaşır - VİDEO


Ayaqqabı satın alarkən ölçü soruşmaq və aldığımız ayaqqabıların sonradan ayağımıza dar və ya geniş olması tarixə qovuşur.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, texnologiyanın hər ötən gün sürətli inkişafı ayağın quruluşuna görə formasını dəyişən ayaqqabıların ixtirasını mümkün edib. Məşhur geyim firması “Nike” anonsunu 2016-cı ildə təqdim etdiyi "Hyperadapt 1.0"ı gələn ay bazara çıxaracaq. Anonsda təqdim etdiyi modeli bir az da inkişaf etdirən firma ayaqqabının hərəkət edərkən də ayağın rahatlığına görə formasını dəyişə bildiyini açıqlayıb.
İdarə olunan bağlarla təchiz olunmuş ayaqqabı modelini mobil əlavə ilə idarə etmək mümkündür. Ayaqqabı hələlik basketbolçuların ayaqqabı problemini həll etmək üçündür. Amma firma yaxın gələcəkdə digər idman növləri üçün də bu tipli ayaqqabılar ixtira etməyi hədəfləyir. Qeyd edək ki, ayaqqabı fevralın 17-dən etibarən ABŞ-da 350 dollara satışa çıxarılacaq.

DİGƏR XƏBƏRLƏR

Top