
ABŞ Müdafiə Nazirliyi casusluq və terror fəaliyyəti ehtimalına görə yaşayış hüququ alan potensial yeni şəxsləri və ya xarici dövlətlərlə bağlı əlaqələri olanları ciddi yoxlayacaq.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yeni yoxlama qaydaları hələ hazırlanma mərhələsindədir, lakin onun fevralın 15-dən gec olmayaraq qüvvəyə minməsi gözlənilir. Bununla da, Pentaqonun xarici əlaqələri olduğunu hesab etdiyi minlərlə yeni şəxs il ərzində yoxlanılacaq. Bunlar, həmçinin “green-card” sahibləri, əcnəbi vətəndaşlarla nikaha girən amerikalılar, yaxud ikili vətəndaşlığı olan ailə üzvləridir.