Gürcüstanda daha bir TƏHLÜKƏLİ VİRUS yayıldı


Gürcüstanda qızılca virusu yayılmağa başlayıb.
Yeniavaz.com “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, bunu Gürcüstanın Xəstəliklərə və ictimai sağlamlığa nəzarət üzrə milli mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib. O bildirib: “Son iki həftə ərzində bizdə qızılca xəstəliyində ciddi artım var. Biz dərl etməliyik ki, ölkədə qızılca xəstəliyi yayılıb və əhali pulsuz peyvənd üçün müraciət etməlidir”. A.Qamkrelidze əlavə edib ki, hökumət yaxın günlərdə xəstəliklə mübarizədə radikal addımlar haqqında qərar qəbul edəcək. İlkin məlumata görə, yanvarın əvvəlindən Gürcüstanda qızılca xəstəliyinə tutulma üzrə 312 hal qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top