Fırtına ilə bağlı maraqlı faktlar - VİDEO


Fırtına küləyin sürətinin nəzərə çarpacaq dərəcədə artmasına və bu vəziyyətin yaratdığı pis hava şəraitinə deyilir. Küləyin sürəti 1 saatda 27 mili (1 mil – 1852 metr ) keçdiyi zaman, güc qrafikində 7 boforu (bofor – küləyin sürətini ölçən ənənəvi qrafik) ötərsə bu təbiət hadisəsi fırtına adlanır.
Yeniavaz.com-un məlumatına görə, şimal istiqamətində hərəkət edən isti və rütubətli hava kütləsinin cənubdan gələn soyuq və quru hava ilə toqquşması fırtınanın yaranma səbəbidir. Fırtına bu temperatur fərqindən meydana gəlir. 4 növ fırtına var: siklon, qasırğa, tornado və ildırımlı fırtına.
Fırtınalar həmçinin kateqoriya ölçü qrafikilə də hesablanır. Kateqoriya küləyin sürətilə düz mütənasib 1-dən 5-ə kimi sıralanır. Küləyin sürəti 119-153 km/saat olarsa qasırğanın şiddəti I, 154-177 km/saat olarsa II, 178-208 km/saat olarsa III, 209-251 km/saat olarsa IV, saatda 252 kilometr və onnan çox olarsa isə V Kateqoriyaya daxil edilir. Bu hesablama sisteminin digər adı isə Saffir-Simpson ölçü qrafikidir. Bu ölçü qrafiki Herbert Saffir adlı mühəndis və ABŞ Mili Qasırğa Mərkəzinin əvvəlki rəhbəri Robert Simpson tərəfindən 1971-ci ildə tərtib edilib.
V Kateqoriyaya çatan qasırğaların “faciəvi xəsarətlər” gətirdiyi və bölgənin böyük bir qisminin “həftələrlə və hətta aylarla yaşamağın mümkün olmadığı” hala gəldiyi deyilir.
Bu günə kimi qeydə alınmış ən böyük fırtına küləyin sürətinin saatda 345 kilometrə çatdığı Patrisia qasırğasıdır. Patrisia, 2015-ci ildə Sakit Okeanda müşahidə olunub. Yaşayış məntəqələrinə çatdığı zaman isə nəzərə çarpacaq ölçüdə gücünü itirmişdi.
2005-ci il, tarixdə bir ildə ən çox fırtınanın qeydə alındığı il olaraq yaddaşlarda qalıb. Belə ki, 28 fırtınanın qeydə alındığı həmin il metreoloqlar fırtınalara veriləcək ad mövzusunda xeyli düşünməli olublar.
Həmin il qeydə alınan Katrina qasırğası ABŞ-ın Luizyana ştatında yaratdığı sellərlə 1800 nəfərin ölümünə səbəb olub. Bu həm də tarixdə ən çox itki olan fırtına kimi qeydə alınıb.
Yaxın tarixin ən güclü fırtınası isə şübhəsiz, 2017-ci ilin sentyabr ayında Atlantik okeanında meydana gələn İrma qasırğasıdır. Küləyin sürətinin saatda 300 kilometri keçdiyi qasırğadan 1 milyon 200 min nəfər təsirlənib.

DİGƏR XƏBƏRLƏR

Top