“Barselona” türk şirkətini məkəməyə verdi


İspaniyanın “Barselona” klubu İstanbulda fəaliyyət göstərən “Barca Tekstil” şirkətini məhkəməyə verib.
Yeniavaz.com Türkiyənin NTV telekanalına istinadla xəbər verir ki, “Barselona” klubu “Barca” markasının şirkətin adından silinməsini istəyib. İspaniyalıların “Barça” adı verdikləri “Barselona” məhkəməyə müraciətində bəyan edib ki, klub “Barça” ünvanı ilə tanınır və bir çox ölkədə “Barça” markası ilə qeydiyyatdan keçib. 22 ildir fəaliyyət göstərdiklərini deyən “Barca Tekstil”in sahibi Əli Öziçer isə qeyd edib: “Firmamız 1997-ci ildə qurulub. Barca adı italyan dilincə qayıq deməkdir. Firmamızın adı ilə Almaniya və İtaliya daxil olmaqla Avropa ölkəsinə geyim satırıq. Ötən illər adın qeydiyyatdan keçirilməsi üçün İspaniyadakı qurumlara müraciət etdik, ancaq müsbət cavab almadıq. “Barselona” klubu Türkiyədə bir restoran almaq istəyirmiş. Buraya gələrək “Barça” adıyla müraciət edib. Biz də qeydiyyat müracətinə etiraz etdik. Klub iki dəfə müraciət edib, ikisinə də etiraz etdik. İndi də məhkəməyə veriblər”.

DİGƏR XƏBƏRLƏR

Top