Tokiodan Moskvaya etiraz: Qəbuledilməzdir


Rusiya sərhədçiləri cənubi Kuril adaları ərazisində balıq ovlayan iki yapon gəmisini cərimələdiyinə görə Tokio Moskvaya etiraz bildirib.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yanvarın 7-də rusiyalı sərhədçilər Kunaşir adası ətrafında iki balıqçı gəmisinin sənədlərini yoxlayıblar və aşkara çıxarılan pozuntuya görə cərimə ödəməyi tələb ediblər. Yaponiya Xarici İşlər Nazirliyi bu cür hərəkətləri qəbuledilməz adlandırıb. Xatırladaq ki, 21 fevral 1998-ci il tarixli sazişə əsasən, yapon gəmiləri cənubi Kuril adaları ərazisində ayrılmış kvota əsasında müəyyən ödəniş üzrə balıq ovlaya blərlər.

DİGƏR XƏBƏRLƏR

Top