Tramp xəsarət aldı


ABŞ Prezidenti Donald Tramp 12 yaşlı kiçik oğlu Berronla oyun oynayarkən əlini zədələyib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Sara Sanders ötən həftə D. Trampın sağ əlində plastırın olmasını izah edərkən deyib. Amerika liderinin əlində görülən plastır yerli KİV-ə D. Trampın səhhəti barədə müxtəlif spekulyaiyalar üçün əsas verib.  Dövlət başçısı sonuncu dəfə tam tibbi müayinədən bir il əvvəl keçib. S. Sanders jurnalistlərdən prezidentin sağlamlığı barədə narahat olmamağı xahiş edib və izah edib ki, söhbət adi sıyrıntıdan gedir: “Prezident əylənib və öz oğlu Berronla oynayıb, həmin vaxt da əlini zədələyib”. O, həmçinin bəyan edib ki, D. Tramp yaxın vaxtlarda illik tibbi müayinədən keçəcək, nəticələri dərc ediləcək.

DİGƏR XƏBƏRLƏR

Top