Qum fırtınası 5 nəfərin ölümünə səbəb oldu


Misirin bir sıra şəhərlərində öz təsirini göstərən fırtına və pis hava şəraiti səbəbilə 5 nəfər dünyasını dəyişib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, Kefr Şeyx şəhərində avtobusun aşması nəticəsində 4 nəfər ölüb. Ölkənin səhiyyə nazirliyindən verilən məlumata görə Süveyş şəhərində eyni halın baş verməsi nəticəsində 27 nəfər xəsarət alıb.
Port Səid şəhərində isə güclü külək yaşayış binasının bəzi hissələrini uçmasına səbəb olub. Nəticədə 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İsmailiyyə şəhərində pis hava şəraiti və qum fırtınası 5 evin yanmasına səbəb olub, ölü və yaralılarla bağlı hələ ki, məlumat verilmir. Süveyş, Zeytiyat, Rəşid və Burullus limanlarının fəaliyyəti müvəqqəti dayandırılıb. Görmə məsafəsi azaldığı üçün paytaxt Qahirə və Əs-Səid şəhərlərində qəzaların qarşısını almaq məqsədilə magistral yollar bağlanıb.

DİGƏR XƏBƏRLƏR

Top