Qərargah: Bakıda və Abşeron yarımadasında küləyin sürəti 18 m/s-dək güclənib


Əvvəlcədən proqnozlaşdırıldığı kimi Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi saat 23:00-24:00 radələrindən başlayaraq şimal-qərb küləyi ilə əvəz olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan verilən məlumata görə, yarımadada küləyin sürəti 18 m/s-dək güclənib.

"Saat 01:55 radələrində Çilov adasında şimal-qərb küləyinin sürəti 25 m/s-dək güclənib, dalğanın hündürlüyü 3,1 metrə çatıb", - deyə məlumatda qeyd olunub.(Report_

DİGƏR XƏBƏRLƏR

Top