Ərdoğan Münbiçdəki partlayışın nə üçün törədildiyini açıqladı

 
Suriyanın Münbiç şəhərində baş vermiş terror aktı ABŞ-ın Suriyadan qoşunlarını çıxarmaq qərarına təsir etmək məqsədi ilə törədilə bilər. Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan xorvatiyalı həmkarı Kolinda Qrabar-Kitaroviç ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, Münbiçdə törədilən partlayışda 5-i Amerika hərbçisi olmaqla 27 nəfər həlak olub: “Bunun ABŞ-ın qərarına təsir etmək üçün edildiyi istisna edilmir. Trampla telefon danışığında onun qoşunların çıxarılması məsələsində qətiyyətli olduğunu gördüm”. R.T. Ərdoğan İŞİD terror təşkilatı ilə mübarizəni davam etdirəcəyinə dair vəd də verib. 

DİGƏR XƏBƏRLƏR

Top