Gürcüstanda matəm elan olundu


 

Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

Hadisə zamanı ağır xəsarət alan 4 yaşlı uşaq xəstəxanada keçinib.

Digər 7 yaralının həyatı üçün heç bir təhlükə yoxdur.

İlkin məlumatlara əsasən, partlayış qaz sızmasına nəticəsində baş verib.

Ölkənin baş naziri faciə ilə bağlı 17 yanvar tarixini matəm elan edib.


23,30

Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

Bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur. (Report)

DİGƏR XƏBƏRLƏR

Top